ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə fevralın 12-də Ukrayna prezidentinin ofisinə istinadən “Ukrayinskaya pravda” nəşri məlumat yayıb.
Söhbətin təfərrüatları açıqlanmayıb. Zelenski və Tramp hələlik bu barədə açıqlama verməyiblər.
Xatırladaq ki, daha öncə Tramp Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı aparıb. Putinlə söhbətindən sonra Tramp deyib ki, o, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlara başlamaq əmrini verib.