HƏMAS təşkilatı Qətərin paytaxtı Dohada aparılan uzun danışıqlardan sonra atəşkəsin şərtlərinə sadiq qaldığını bəyan edib.
İsrail baş naziri Netanyahunun müharibəni davam etdirməklə bağlı təhdidlərindən sonra danışıqlarda vasitəçi olmuş tərəflər, xüsusilə Misir və Qətər atəşkəsi davam etdirməyə çağırış ediblər.
HƏMAS sözçüsü Əbdül-Lətif Əl-Qanua İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Donald Trampın “təhdid və hədə dili”ni tənqid edib.
“Biz Qəzza zolağında atəşkəs razılaşmasının pozulmasında maraqlı deyilik. Atəşkəsin həyata keçirilməsində və işğalçıın (İsrailin) buna tam əməl etməsini təmin etməkdə maraqlıyıq,” HAMAS sözçüsü belə deyib.
HƏMAS bildirb ki, İsraili atəşkəsə zidd olaraq Qəzzada insanlara hava hücumlarını davam etdirir və humanitar yardıma mane olur. Və bu davam edərsə növbəti girovların azad edilməsinin təxirə salınacağını bəyan edib.
ABŞ prezidenti ilə görüşdən sonra Netanyahu bildirib ki, şənbə günü günortaya qədər daha çox girov azad edilməsə, İsrail yeni hücuma başlayacaq. Tramp da deyib ki, girovlar geri qaytarılmasa, Qəzzada “cəhənnəm qopacaq.”
İsrailin müdafiə naziri İsrael Katz Trampın xəbərdarlığını təkrarlayıb və əlavə edib ki, döyüşlər daha şiddətli olacaq və “Trampın Qəzza ilə bağlı vizyonunu həyata keçirməyə imkan verəcək”.
Tramp ABŞ-ın Qəzzanı ələ keçirəcəyini və fələstinlilərin bir daha Qəzzaya geri qayıtmağa haqqının olmayacağını açıqlayıb. Atəşkəsdə vasitəçi olmuş ölkələr də daxil olmaqla, regionun digər ölkələri isə bu ideyanı rədd edib.
Atəşkəsə uyğun olaraq indiyədək HƏMAS 21, İsrail isə 730 girovu azad edib. Şənbə gününə nəzərəd tutulan növbəti mübadilədə İsrail tərəfindən həbs edilən yüzlərlə fələstinli məhbusun müqabilində daha üç israillinin azad edilməsi nəzərdə tutulub.