Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Avropa Parlamenti Gürcüstan prezidenti kimi Zurabişvilini tanıyan qətnamə qəbul etdi 

Avropa Parlamenti Gürcüstan prezidenti kimi Zurabişvilini tanıyan qətnamə qəbul etdi 

Avropa Parlamenti Gürcüstanın legitim prezidenti kimi Salome Zurabişvilini tanıyır.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Zurabişvilini prezident kimi tanıyan qətnamə “Gürcüstanda siyasi vəziyyətin daha da pisləşməsi” adlanır.

Qətnamədə Avropa Parlamentinin Salome Zurabişvilini Gürcüstanın legitim prezidenti və gürcü xalqının nümayəndəsi kimi tanımağa davam etdiyi bildirilir.

Qətnamənin müəllifi olan 57 deputat Avropa Parlamentindəki 5 siyasi qrupun – Avropa Xalq Partiyası, Sosial Demokratlar, Mühafizəkarlar və İslahatçılar, Yeniləşmə və Yaşıllar partiyasının üzvləridir. 

Səsvermədə 400 deputat lehinə, 63-ü əleyhinə səs verib, 81 deputat isə bitərəf qalıb.

Sənəddə Zurabişvilinin “Gürcüstanın dinc yolla demokratiya və Avropa yoluna istiqamətləndirilməsi səyləri” təqdir edilir. 

Deputatlar Avopra İttifaqı Şurasının Prezidentinə çağırış edərək, şuranın qarşıdan gələn iclasında, həmçinin Avropa Siyasi İcmasının növbəti sammitində Gürcüstanı təmsil etməsi üçün Zurabişviliyə dəvət göndərməsi istənilir.

Qətnamə “Gürcü Arzusu“ səlahiyyətlilərini “dinc nümayişçilərə, siyasi rəqiblərə və media nümayəndələrinə qarşı zorakı repressiyaları dərhal dayandırmağa çağırır. 

Sənəddə daha sonra bildirilir ki, səlahiyyətlilər əsas azadlıqları, əsas insan hüquqlarını və beynəlxalq öhdəlikləri pozmaqda davam edir və bununla da illərdir davam edən demokratik islahatlara zərbə vururlar.

Qətnamə Bidzina İvanişviliyə , onun elit ətrafına, yüksək səviyyəli hökumət rəsmilərinə, hakimlərə və “rejimlə bağlı media sahiblərinə”qarşı sanksiyalar tətbiq etməyə çağırır və gələcək fəaliyyət üçün ilkin şərt kimi yeni parlament seçkiləri keçirilməsini tələb edir.

Editor

Related Posts