Keçirdikləri təkbətək görüşlər və iş yeməyindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski iki ölkə arasında ortaq sazişlər imzalayıblar.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu çərçivədə “Türkiyə Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i Türkiyənin Milli Təhsil Naziri Yusuf Tekin və Ukraynanın Xarici İşlər Naziri Andrey Sibiqa imzaladılar.
“Türkiyə Cümhuriyyəti Rəyasət Heyətinin Rabitə İdarəsi ilə Ukrayna Mədəniyyət və Strateji Kommunikasiyalar Nazirliyi arasında media və kommunikasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Türkiyə Prezident Administrasiyasının kommunikasiyalar üzrə direktoru Fahrettin Altun və Ukrayna Xarici İşlər Naziri Andrey Sibiqa imzalayıblar.