Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Atıcılıq Federasiyasının üzvləri Türkiyədə təlim-məşq toplanışında iştirak ediblər

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Federasiyanın sədr müavini və 3 idmançıdan ibarət heyət Türkiyənin güllə atıcılığı üzrə milli komandasının üzvləri ilə birlikdə təlim-məşq toplanışında iştirak edib. Qardaş ölkənin Ərzincan şəhərində keçirilən görüşdə gələcəkdə əməkdaşlığın davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, 17-19 oktyabr tarixlərini əhatə edən səfərin məqsədi atıcılıq idman növləri üzrə bilik və bacarıqların təkmilləşdirilməsi, o cümlədən yeni əməkdaşlıq əlaqələrinin qurulması olub.

admin

Related Posts