Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Fikrət Əmirov 100” diski Beynəlxalq “Grammy” musiqi mükafatının siyahısına daxil edilib

Pianoçu, Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının prorektoru, Xalq artisti Yeganə Axundovanın ifasında “Fikrət Əmirov 100” fortepiano əsərləri antologiyası albomu beynəlxalq “Grammy” musiqi mükafatının “Best classıcal compendıum” kateqoriyasının uzun siyahısına daxil olub.

Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Fikrət Əmirov 100” albomu Mədəniyyət Nazirliyi tərəfindən hazırlanıb. Albomun səs rejissoru Nazim Kərimovdur.

Qeyd edək ki, “Fikrət Əmirov 100” diski rəqəmsal olaraq Apple Music, Spotify, Yandex Music, Vk Music, Boom, YouTube Music, Tidal, Deezer, Shazam kimi platformalarda yerləşdirilib.

admin

Related Posts