Xalq artisti Emin Ağalarov Hollivud ulduzu Robert De Niro ilə arxiv görüntülərioni sosial media hesabında yayımlayıb.
Sənətçi 81 yaşlı aktyorla olan görüntülərini belə şərh edib:
“Mənim həyatda heyrətamiz, istedadlı insanlarla, əsl böyük insanlarla görüşmək və hətta onlarla tərəfdaşlıq etmək şansım olub. Ən maraqlısı isə odur ki, dünya şöhrətinə və gücünə baxmayaraq, bu insanlar təvazökar və incə insanlar olaraq qalırlar. Robert De Niro buna misaldır. Onunla tanışlığımız və ünsiyyətimiz məndə güclü təəssürat yaratdı və bu günə qədər ondan öyrəndiyim bir çox dəyərli şeyləri xatırlayıram”.