Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Qəzzada 15 aydan sonra məktəb açıldı

Qəzzada 15 aydan sonra məktəb açıldı

Qəzzada 300-dən çox uşaq yeni dərs ilinə başlayıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bildirilib ki, 15 aydan sonra Fələstin anklavında 300-dən çox şagirdlik ümumtəhsil məktəbi açılıb.

Qeyd olunur ki, 2023-cü ilin oktyabrında Fələstin-İsrail qarşıdurmasının kəskinləşməsi zamanı İsrailin hava hücumları nəticəsində mühasirəyə alınmış anklavdakı məktəblərin əksəriyyəti dağıdılıb, çoxlu uşaqlı ailələr evlərini tərk edərək qaçqın vəziyyətinə düşüb. Atəşkəsin yaradılmasından sonra Qəzza şəhərində Fələstin dövlət məktəbi açılıb.

Xatırladaq ki, yanvarın 19-dan İsraillə HƏMAS arasında atəşkəs rejimi qüvvədədir. Fələstin radikal hərəkatı ilk mərhələdə 33 israilli girovu 42 gün ərzində azad edəcəyinə söz verib.

Editor

Related Posts