Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,56 ABŞ dolları və ya 2,03% azalaraq 75,15 ABŞ dollarına çatıb.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.