Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Supermilyarderlərin reytinqi açıqlanıb

Supermilyarderlərin reytinqi açıqlanıb

Amerikalı iş adamı İlon Mask “Altrata” analitik şirkətinin tərtib etdiyi supermilyarderlər reytinqində birinci olub.

Birinci24 informasiya agentliyi “The Wall Street Journal” qəzetinə istinadla xəbər verir ki, “Altrata” bu siyahıya dünyanın hər yerindən 24 nəfəri daxil edib.

Reytinqin ilk pilləsində 419,4 milyard dollar sərvətlə “SpaceX”, “Tesla” və “X” şirkətlərinin rəhbəri İlon Mask qərarlaşıb. “Amazon” onlayn pərakəndə satış şirkətinin qurucusu Ceff Bezos 263,8 milyard dollarla ikinci olub. İlk üçlüyü isə 238 milyard dollarla LVMH-in sahibi Bernar Arno tamamlayıb.

Sonrakı yerləri 237 milyard dollarla “Oracle” texnologiya şirkətinin rəhbəri Larri Ellison və 220,8 milyard dollarla “Meta” Korporasiyasının baş direktoru Mark Zukerberq tutub.

“Altrata”nın hesablamalarına görə, ümumilikdə dünyanın 24 ən varlı adamının payı 3,3 trilyon dollar təşkil edib ki, bu da Fransanın nominal ÜDM-i ilə müqayisə oluna bilər. Siyahıda yer alan 16 nəfərin hər birinin sərvəti 100 milyard dolları ötüb.

Üstəlik, 19-cu və 20-ci əsrlərdə ən varlı adamlar sənayeçi idilərsə, indiki super milyarderlərin çoxu öz kapitallarını texnologiya sektorundan əldə ediblər.

Editor

Related Posts