Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları görüşüb

Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Şahzadə Faysal bin Fərhan arasında geniş tərkibdə görüş keçirilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu abrədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında dərc olunub.

Bildirilib ki, iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji sahələrində ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə edilib.

“BMT, İƏT, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq da gündəmin əsas mövzusu olub.

Nazir Ceyhun Bayramov regionda münaqişədən sonrakı vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin hazırkı vəziyyəti, mövcud çağırışlar, o cümlədən Ermənistanın Konstitusiyasında təsbit olunmuş ərazi iddialarının davam etdirilməsi barədə qarşı tərəfə ətraflı məlumat verib”, – məlumatda deyilir.

Editor

Related Posts