“Bir sıra Avropa ölkələri atəşkəsi təmin etmək üçün Ukraynaya qoşun yeritməyə hazırdır, lakin ABŞ-nin dəstəyi tələb olunacaq”.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Fransa Maliyyə Nazirliyinin rəhbəri Erik Lombard “Bloomberg TV”yə müsahibəsində bildirib.
“Ukrayna ilə bağlı texniki müzakirələrə başlamışıq. Ümumi razılıq var ki, atəşkəsə zəmanət vermək üçün Ukraynaya avropalı əsgərlər göndərilməlidir. Böyük Britaniya, Almaniya və Fransa buna hazırdır, digər Aİ ölkələri də öz töhfələrini verəcəklər. Bunu təmin etmək üçün atəşkəs əldə olunandan sonra əsgərlər gələcək”, – nazir deyib.
Lombard iddia edib ki, ABŞ Prezidenti Donald Tramp atəşkəs rejimini dəstəkləməyə razılaşıb, lakin Vaşinqtonun konkret hansı addımlar ata biləcəyini açıqlamayıb.