Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Bəzi məscidlərə din xadimləri seçildi

Bəzi məscidlərə din xadimləri seçildi

Azərbaycanda İslam dininə aid ibadət yerlərində (məscidlər) fevralın 26-da vakant vəzifələrin tutulması üçün keçirilən müsahibənin nəticələri açıqlanıb.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, vakant vəzifələrin tutulması üçün keçirilən müsahibədə 16 namizəddən biri iştirak etməyib:

“Digər 15 nəfərdən yeddisi müsahibədən keçib, səkkizi isə zəruri keçid balını toplaya bilməyib”.

Bununla da Şəki və Şirvandakı bəzi məscidlərə yeni din xadimləri seçilib.

Editor

Related Posts