Qlobal avtomobil sənayesinin lideri açıqlanıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Just-auto.com” “GlobalData”nın məlumatlarına istinadla məlumat yayıb.
Məlumata görə, Çin yanvarda 1,96 milyon avtomobil sataraq avtomobil satışında dünya lideri olub. İkinci yerdə isə 1,1 milyon avtomobillə ABŞ qərarlaşıb. ABŞ-də bir il əvvəllə müqayisədə 4,5 faiz çox avtomobil satılıb. Siyahıda üçüncü olan Qərbi Avropada isə avtomobil satışları ümumilikdə 1 milyon ədədə düşüb. Bu isə keçən ilin nəticələri ilə müqayisədə 3,2% az olub.
Şərqi Avropada da avtomobil satışı 288,5 min ədədə qədər azalıb. Belə ki, ötən ilin yanvar ayı ilə müqayisədə Şərqi Avropada 2,9 faiz az avtomobil satılıb.
Lakin Cənubi Amerikada dilerlər ayda 225,6 min avtomobil satıblar ki, bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 22,3% çoxdur.
2025-ci ilin yanvar ayının nəticələrinə görə, dünyada minik avtomobillərinin və yüngül kommersiya avtomobillərinin satışı 6,8 milyon ədəd təşkil edib. Bu isə 2024-cü ilin eyni ayı ilə müqayisədə təxminən 2% çoxdur.