Bakıda daha bir nəfərin qəbul etdiyi spirtli içkidən zəhərlənərək öldüyü bildirilir.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilir ki, fevralın 26-sı saat 19 radələrində Səbail rayonu A.İsmayılov küçəsində yaşayan 1970-ci il təvəllüdlü Z.Əliyev spirtli içkidən zəhərlənib və yaşadığı evdə vəfat edib.
“Z.Əliyevin hansı növ spirtli içki qəbul etdiyi məlum deyil. Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır”, – məlumatda deyilir.
Qeyd edək ki, son günlərdə paytaxtın Sabunçu, Suraxanı və Nizami rayonunda 20-yə yaxın şəxs texniki spirtdən zəhərlənərək ölüb. Səbaildə vəfat edən şəxsin də həmin spirtdən qəbul edib-etmədiyi hələlik müəyyənləşməyib.