ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq İnkişaf Agentliyinin (USAID) müqavilələrinin 90%-dən çoxunu ləğv etməyi planlaşdırır.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
AP-nin əldə etdiyi memorandumda Trampın əmri ilə USAİD tərəfindən verilən bütün vəsaitlərin nəzərdən keçirilməsinin nəticələri təqdim edilib.
Agentlik bildirib ki, ABŞ 60 milyard dollarlıq xarici yardımı kəsməyi planlaşdırır.
Bu barədə məlumat Tramp administrasiyasının öz planlarını təqdim etdiyi memorandumda və məhkəmə sənədlərində öz əksini tapıb.
Sənədə görə, bu qərar ABŞ məhkəməsinin fevralın 26-dan əvvəl xarici yardımın maliyyələşdirilməsinə qoyulan qadağanın aradan qaldırılması barədə qərarından sonra verilib.
Qeyd edək ki, Tramp administrasiyası fevralın 3-də USAİD-in fəaliyyətini faktiki olaraq dayandırıb. Tramp dövlət katibi Marko Rubionu bu strukturun müvəqqəti rəhbəri təyin edib.
USAİD ilə bağlı təşkilati nəticələr prezidentin ABŞ hökumətinin səmərəliliyini artırmaq üçün yeni agentliyə rəhbər təyin etdiyi İlon Maskın təşəbbüsü ilə qəbul edilib.