Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıya toya gələn müharibə iştirakçısı faciəvi şəkildə öldü

Bakıya toya gələn müharibə iştirakçısı faciəvi şəkildə öldü

Bakıda müharibə iştirakçısı faciəvi şəkildə ölüb.

Baxışov Yusif Vasif oğlu toydan çıxıb yolu keçmək istəyərkən onu “Kamaz” markalı yük maşını vurub. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, Yusif Baxışov Salyanın Xələc kəndində yaşayırmış və Bakıya məhz toya görə gəlibmiş.

Yaxınlarının bildirdiyinə görə, Yusif Aprel döyüşləri ilə yanaşı, Vətən müharibəsində də iştirak edib. Onun hadisə baş verən günə qədər MAXE kimi hərbi xidmətini davam etdirdiyi qeyd olunur.

Editor

Related Posts