Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Tənqidçi bloger 7 il azadlıqdan məhrum edildi

Tənqidçi bloger 7 il azadlıqdan məhrum edildi

“Youtube” kanallarında hökuməti tənqid edən bloger Arzu Sayadoğlu 7 il azadlıqdan məhrum edilib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Gəncə Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb.

Müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verəcək.

A.Sayadoğlu Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə təqsirli bilinib.

Bloger isə özünü təqsirli bilmir, siyasi sifarişlə həbs edildiyini vurğulayır.

A.Sayadoğlu “Youtube”dakı “Arzu Sayadoğlu” adlı kanalın rəhbəri və aparıcısı olaraq, ölkədəki siyasi vəziyyəti, məmur özbaşınalığını kəskin tənqid edirdi.

O, Sonuncu dəfə öz kanalında yox, “Azad söz” kanalında çıxış edib, tənqidi fikirlərlə yanaşı, həm də insanları susmamağa, dinc etirazlara səsləyib. Bundan sonra isə o, yoxa çıxıb.

Arzu Sayadoğlu son dövrlərdə “Xalqa xidmət hərəkatı” yaradıldığını və bu təşkilatın rəhbəri olduğunu bəyan etmişdi.

Editor

Related Posts