Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Avropanın ən böyük təhsil proqramı Azərbaycanda fəaliyyətini dayandırıb

Avropanın ən böyük təhsil proqramı Azərbaycanda fəaliyyətini dayandırıb

“Hazırda, əfsuslar olsun ki, “Erasmus+” proqramı çərçivəsində bütün fəaliyyətlər faktiki olaraq qeyri-rəsmi şəkildə dayandırılıb”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu sözləri “Azərbaycan Milli Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, yeni layihələr qeydiyyata alınmır, həmçinin aktiv olanların icrası dayandırılır:

“Bundan əlavə, təəssüflə bildirmək istəyirəm ki, yaranmış vəziyyətlə əlaqədar olaraq “Milli Erasmus+” ofisi də bağlanmaq üzrədir. Bu, proqramın gələcək icrasına ciddi təsir göstərə bilər və ölkəmizdə “Erasmus+” layihələrinin davamlılığına mane ola bilər”.

Məlumat üçün qeyd edək ki, “Erasmus+” proqramı Avropa İttifaqının (Aİ) ali təhsil səviyyəsində maliyyələşdirdiyi ən böyük proqramdır. Adətən yeddiillik dövr ərzində işləyir. Proqram hər dəfə yenilənir və hazırda 2021-2027-ci illəri əhatə edir. Bu proqramın yeddiillik büdcəsi təxminən 30 milyard avro məbləğindədir. İndiyədək təxminən 5 min nəfər azərbaycanlı “Erasmus+” proqramı çərçivəsində Avropada oxumağa gedib.

Editor

Related Posts