Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Roza qiyməti qaldırdı: “Sənəti, statusu məndən aşağı olanlar…”

Roza qiyməti qaldırdı: “Sənəti, statusu məndən aşağı olanlar…”

“Sənəti, statusu məndən aşağı olanlar tədbirlərə 8-10 min manata gedirlər, özü də tədbiri fonoqrama ilə yola verirlər”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli “Afaqla Onlar” verilişində deyib.

Sənətçi tədbir qiymətini artırdığını bildirib:

“İstədim” mahnısına qədər tədbirlərimin qiyməti fərqli idi. Yarım saat tədbirimizin qiyməti 5 min, bütöv tədbirin qiyməti isə 12 min manat idi. Artıq bütöv tədbirlərin qiyməti 15 min manatdır. 3 min manat artıb. Sənəti, statusu məndən aşağı olanlar tədbirlərə 8-10 min manata gedirlər, özü də tədbiri fonoqrama ilə yola verirlər. Xarici ölkələrdə dəvət aldığım tədbirlərin qiyməti də eynidir, amma pul vahidi dollarladır”.

Editor

Related Posts