Süni uşaq qidalarının qiymətlərində artım müşahidə edilir. Son 1 ayda bu artım daha da nəzərə çarpır.
Hazırda uşaq qidalarının minimum qiyməti 4 manat 90 qəpikdən, ən bahalısı isə 120 manata alıcılara təklif olunur.
Satıcılar deyirlər ki, xaricdən idxal olunan məhsulların tədarükü və daşınması xərcləri artdıqca, qiymətlərə də öz təsirini göstərir.
Bəs artıma səbəb nədir? Proses necə tənzimlənə bilər?
Uşaq qidalarında süni qiymət artımının qarşısının alınması, prosesə necə nəzarət olunması ilə bağlı suallara cavab almaq məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə əlaqə saxladıq. Ancaq iş günü olmadığı əsas gətirilərək suallarımız cavablandırılmadı.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda: