Rövşən Əsgərov yenidən axtarışa verildi

Rövşən Əsgərov yenidən axtarışa verildi

Rusiya Daxili İşlər Nazirliyi “Nə? Harada? Nə vaxt?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərov üçün yenidən axtarış elan edib.

Birinci24 informasiya agentliyi TASS-a istinadla xəbər verir ki, bu barədə nazirliyin axtarış-məlumat bazasında məlumat dərc olunub.

Məlumatda Əsgərovun hansı maddə ilə yenidən axtarışa verildiyi açıqlanmayıb.

Hüquq-mühafizə orqanlarından TASS-a verilən məlumata görə, Rövşən Əsgərov üçün yenidən axtarış elan edilməsi yeni cinayət işi ilə bağlı ola bilər.

“Ola bilsin ki, iş xarici agentin fəaliyyəti ilə bağlı qanunun pozulmasına görə başlansın”, – agentliyin mənbəsi bildirib.

Qeyd edək ki, 2022-ci il aprelin sonunda İstintaq Komitəsinin müstəntiqləri Əsgərova qarşı nasizmin reabilitasiyası (Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi) ilə bağlı cinayət işi açıblar.

İstintaq müəyyən edib ki, o, aprelin 6-dan gec olmayaraq “Facebook” sosial şəbəkəsində marşal Georgi Jukovun xatirəsini təhqir edən böhtan xarakterli yalan məlumatlar dərc edib.

Həmin ilin mayında Əsgərov axtarışa verilib.

Qeyd edək ki, Əsgərov 30 ilə yaxın “Nə? Harada? Nə vaxt?” oyununda iştirak etdi, 2001-ci ildə isə o, “Büllur Bayquş” alıb.

Editor

Related Posts