Today Çərşənbə, 12th Mart 2025
Birinci 24

Birinci 24

Pakistanda silahlılar qatarda 450 sərnişini girov götürüb – AFP

Pakistanda silahlılar qatarda 450 sərnişini girov götürüb – AFP

Pakistanda Bəlucistan Azadlıq Ordusu ekstremist qruplaşmasının silahlıları “Jaffar Express” qatarında 450 sərnişini girov götürüb.

Birinci24 informasiya agentliyi “Agence France Presse” (AFP) agentliyinə istinadla xəbər verir ki, bunu Bəlucistan əyalətinin dəmir yolu departamentinin yüksək vəzifəli rəsmisi Məhəmməd Kaşif deyib.

Onun sözlərinə görə, qatar Kvetta şəhərindən Pişəvər şəhərinə hərəkət edib.

“Qatarda olan 450-dən çox sərnişin silahlılar tərəfindən girov saxlanılır”, – Məhəmməd Kaşif qeyd edib.

“Geo TV”nin məlumatına görə, ekstremistlər dəmiryol relslərini partladıb, daha sonra qatara atəş açıblar. Qatarın maşinisti və bir neçə sərnişin yaralanıb.

Hücum zamanı qatarın təhlükəsizlik işçiləri ilə silahlılar arasında intensiv atışma olub.

Editor

Related Posts