Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Türkiyədə tarixi görüş: İsrailin müdafiə naziri Ərdoğandan nə istədi?

Türkiyədə tarixi görüş: İsrailin müdafiə naziri Ərdoğandan nə istədi?

İsrail mətbuatına danışan mənbələr dünən Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla görüşən İsrail Müdafiə naziri Benni Qantsın Türkiyədən bəzi tələblər irəli sürdüyünü iddia edib.

İsrail mətbuatı illər sonra Türkiyəyə səfər edən ilk İsrail müdafiə naziri Benni Qantsın Ərdoğanla dünənki görüşünün təfərrüatlarını yayıb.

Türkiyə və İsrailin münasibətləri normallaşdırmaq qərarından sonra Ankaraya gələn Qantz, Milli Müdafiə naziri Hulusi Akar tərəfindən hərbi mərasimlə qarşılanıb və Prezident Ərdoğanla görüşüb.

İsrailin aparıcı yayımçılarından biri olan “Yedioth Ahronot”un xəbərinə görə, Qantz görüşdə Ərdoğandan Fələstinin Həmas təşkilatının Türkiyədəki fəaliyyətini qadağan etməsini istəyib. Türkiyədəki Həmas liderlərinin İsrailə qarşı hücumları koordinasiya etdiyini iddia edən Qantz, həmçinin Ərdoğandan Suriyaya silah göndərilməsi ilə bağlı İranı xəbərdar etməsini istəyib.

Qəzetə danışan İsrail mənbələri Türkiyənin İsrail və ABŞ-la münasibətləri yaxşılaşdırmaq istədiyini, İsraildən də yeni silah sistemləri almağı hədəflədiyini bildirib. Qeyd olunub ki, İsrail də İrana qarşı təhlükəsizlik sahəsində Türkiyə ilə əməkdaşlığı gücləndirmək istədiyini çatdırıb.

Qantz Hulusi Akarla keçirdiyi mətbuat konfransında, İran qruplarının Türkiyədə İsrail vətəndaşlarına hücum etməyə hazırlaşdığı xəbərinə toxunub: “Bu il Türkiyədəki İsrail və yəhudi xalqına qarşı təhlükə yarada biləcək təhdidləri aradan qaldırmağa müvəffəq olduq. Prezident Ərdoğana, nazir Akara və bu həyati əhəmiyyət kəsb edən, həyat qurtaran əməkdaşlıqda əməyi keçən təhlükəsizlik qurumlarına minnətdarıq”.

İsrailli nazir onu da bildirib ki, Türkiyə ilə əməkdaşlığı artırmaq üçün səlahiyyətlilərə göstəriş verib.

Editor

Related Posts