
“Ötən gecə “Qarabağ” çox gözəl oynadı”.
Deputat qeyd edib ki, oyunda sadəcə şanssızlıq oldu:
“O basqının altında, o səs-küylə, o azarkeşlərlə və möhkəm hazırlanmış komanda ilə gözəl oyun nümayiş elətdirdi. Amma şanssızlıq oldu. Futboldur da, udmaq da var, uduzmaq da. Həmişə udmaq olmur ki. Amma inanıram ki, Bakıda almanları udacağıq”.
Aqil Abbas qapıçı Şahruddinin səhvinə də münasibət bildirib. Deputat deyib ki, bir səhvə görə, Şahruddini tənqid etmək lazım deyil:
“Qadlı ki, Şahruddini günahlandıranlara, həmişə bir günahkar tapmalıdırlar da. İndi Şahruddin bir dənə səhv elədi, amma neçə dənə top çıxartdı. Ən ağır topları çıxartdı. Bəs onları niyə görmürlər? İndi bir səhv etdi də. Onda olur həmişə elə, Azərbaycan çempionatında da olur, dəfələrlə olub belə səhvləri. İndi onu ona təkgitmək lazımdır. Amma onu linç etmək olmaz. Mən Şahruddinin həmişə tərəfini saxlamışam. Ən böyük kobud səhv edəndə də. Futbolçunu linç edərsən, gələn oyunda, ümumiyyətlə, oynaya bilməz. Ruhlandırmaq lazımdır. Qurban Qurbanov özü də dedi ki, futbolçularından razı qaldı. Bir az axıra yaxın gərək çox müdafiəyə çəkilməyəydilər. Elə olanda qarışıqlıq düşür. Onlar da istifadə edə bildi. Eybi yox, nə edə bilərik”.
“Amma pley-off mərhələsinə getməyə şansımız da var, gücümüz də var, gedəcəyik. Komandaya uğurlar arzulayıram”, – deyə deputat əlavə edib.