Today Cümə, 18th Aprel 2025
Birinci 24

Birinci 24

Aysun: “Gedirsə də, qapılar açıqdır, yaxşı yol!”

Aysun: “Gedirsə də, qapılar açıqdır, yaxşı yol!”

Bir müddət öncə vəkil həyat yoldaşı Ramil Vəliyevdən ayrılan müğənni Aysun İsmayılova açıqlamaları ilə diqqət çəkib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, o, “Tarixin bir günü” verilişində qonaq olarkən xəyanət barədə danışıb:

“Xəyanəti heç vaxt keçmərəm. Bu günə qədər də keçməmişəm. Mən o qədər zəif qadın deyiləm ki, kimisə məndən artıq tutub kiməsə getsinlər. Gedirsə də, qapılar açıqdır, yaxşı yol. Xəyanəti edən insan itirmiş olur və özü-özünü aldadır.

Sevdiyim insanın ürəyi başqasını istəyib, gedibsə, deməli o ürəkdə mən yoxam. Başqasına toxunub sonra mənə toxuna bilməz. Özümü kirli hiss edərəm, o insandan diksinərəm. Gözümün önünə gətirərəm ki, mənimlə yaşadıqlarını başqası ilə də yaşayır. O an onu bitirərəm”.

Editor

Related Posts