Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Naxçıvanda dönərxanada kütləvi qida zəhərlənməsi baş verib

Naxçıvanda dönərxanada kütləvi qida zəhərlənməsi baş verib

Birinci24 informasiya agentliyi xəbər verir ki, Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuş məlumata əsasən ikisi azyaşlı olmaqla altı nəfərin dönərdən zəhərləndiyi bildirilib.

Agentlik əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisənin Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən “Hilal kafe”də baş verdiyi məlum olub.

Faktla bağlı Agentlik tərəfindən araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Editor

Related Posts