Today Cümə, 18th Aprel 2025
Birinci 24

Birinci 24

Elçin Əmirbəyov: “Ermənistan konstitusiyasında dəyişiklik etməlidir”

Elçin Əmirbəyov: “Ermənistan konstitusiyasında dəyişiklik etməlidir”

“Ermənistan öz konstitusiyasında dəyişiklik etməlidir”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Agência Brasil” agentliyinə müsahibəsində deyib.

Braziliyaya səfəri çərçivəsində müsahibə verən E.Əmirbəyovun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında dönməz və davamlı sülhə nail olmaqdan ötrü Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı düzəlişlər edilməlidir.

Xatırladaq ki, martın 13-də Azərbaycan Xarici İşlər Nazirliyi Bakı ilə İrəvan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olmasına dair Saziş layihəsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanat yayıb.

Editor

Related Posts