Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Cənubi Koreyada meşələr yanır – Ölənlər var

Cənubi Koreyada meşələr yanır – Ölənlər var

Cənubi Koreyanın cənub-şərqində meşə yanğınları nəticəsində azı 26 nəfər ölüb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə ölkənin Təbii fəlakətlərlə mübarizə və təhlükəsizliyin təmin edilməsi üzrə mərkəzi qərargah məlumat yayıb.

Bildirilib ki, 12 nəfər ağır, daha 14 nəfər isə yüngül xəsarət alıb.

Çərşənbə günü prezident səlahiyyətlərini icra edən və baş nazir olan Han Deok Su Koreya Respublikasının meşə yanğınlarını “tarixinin ən pisi” adlandırıb. Baş nazirin sözlərinə görə, təxminən 23 min insan təxliyə edilib. “Sikorsky S76” helikopteri çərşənbə günü yanğınla mübarizə apararkən qəzaya uğrayıb. 73 yaşlı pilot dünyasını dəyişib.

Qeyd edək ki, martın 21-dən ölkənin cənub-şərqində yanğınlar tüğyan edir. Səlahiyyətlilər səbəbin yanğınla ehtiyatsız davranma ola biləcəyini istisna etmirlər. Güclü külək və quru hava yanğının söndürülməsini çətinləşdirir. Üç regionda – Ulsan şəhərində, Kyonsanqbukdo və Kyonsanqnamdo əyalətlərində fəlakət vəziyyəti elan edilib. Ümumilikdə yanğınla mübarizəyə 128 helikopter, 1100-dən çox hərbi qulluqçu, 3100-ə yaxın yanğınsöndürən, 1100 meşə yanğınsöndürmə mütəxəssisi, 4600-ə yaxın dövlət qulluqçusu cəlb olunub.

Editor

Related Posts