Today Bazar ertəsi, 9th İyun 2025
Birinci 24

Birinci 24

Babək rayonunda avtomobillər toqquşub, xəsarət alanlar var

Babək rayonunda avtomobillər toqquşub, xəsarət alanlar var

Naxçıvan MR Babək rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, hadisə rayonun Çeşməbasar kənd ərazisində qeydə alınıb.

Belə ki, 77-YA-725 dövlət nömrə nişanlı “Changan” avtomobili ilə 69-TA-153 dövlət nömrə nişanlı “NAZ-Lİfan” markalı avtomobil toqquşub.

Qəzada Ordubad rayon Vənənd kənd sakinləri, 1960-cı il təvəllüdlü Qafarov Əli Zeynalabdin oğlu, 1963-cü il təvəllüdlü Muxtarova Şahnaz Vəli qızı, 1977-ci il təvəllüdlü Muxtarov Nadir Vaqif oğlu və rayonun Anaqut kənd sakini, 1983-cü il təvəllüdlü Ağayeva Kifayət Cəbrayıl qızı xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlardan K.Ağayeva reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Editor

Related Posts