Qəzzada ölənlərin sayı 50,5 minə çatdı

Qəzzada ölənlərin sayı 50,5 minə çatdı

İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində son 24 saat ərzində ölənlərin sayı 77-yə çatıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı Fələstin anklavının Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, qurbanların sayına Qəzzanın şimalındakı Cəbəliyyədə məcburi köçkünlərin məskunlaşdığı klinikaya edilən hücumda ölən 22 nəfər daxildir.

Qeyd edilib ki, martın 18-də Qəzzada döyüşlərin bərpasından bəri 1143 fələstinli ölüb. 2023-cü ilin oktyabrından bəri anklavda qurbanların ümumi sayı 50 500 nəfərə çatıb.

Editor

Related Posts