Today Çərşənbə, 16th Aprel 2025
Birinci 24

Birinci 24

Şərur rayonunda yanğın-taktiki təlim keçirilib

Şərur rayonunda yanğın-taktiki təlim keçirilib

Birinci24 informasiya agentliyi xəbər verir ki, Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələrinin iştirakı ilə “İstehsalat müəsissələrində baş verən yanğınların söndürülməsi, xəsarət alanların axtarışı və xilas edilməsi” mövzusunda yanğın-taktiki təlim keçirilib.

Təlimin keçirilməsində əsas məqsəd yanğın baş verdikdə əraziyə cəlb olunan xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsindən ibarət olub.

Təlim zamanı baş verən şərti “yanğın” yerində xilasetmə qüvvələri tərəfindən müəssisə işçiləri “təhlükəli ərazidən” təxliyə edilib, “yanğın” yerində çevik kəşfiyyat aparılıb və “yanğının söndürülməsi” əməliyyatı yerinə yetirilib.

Uğurla icra olunan təlimdən sonra əldə edilən nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Editor

Related Posts