ABŞ Çinə 104%-lıq rüsum tətbiq edir.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə CNN Ağ Evin mətbuat katibi Karolin Levittə istinadən məlumat yayıb.
O, aprelin 9-dan etibarən Çindən idxala əlavə 84% rüsumun tətbiq ediləcəyini açıqlayıb. Beləliklə, Çin mallarına ümumi rüsum 104% təşkil edəcək.
Qeyd edək ki, bundan əvvəl ABŞ rəsmiləri bildiriblər ki, əgər ölkə 7 aprel günorta saatlarına qədər idxal edilən Amerika mallarına tətbiq edilən 34%-lik tarifləri ləğv etməsə, Çinə qarşı tarifləri artıracaqlar.