Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Azərbaycanda diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri başa çatıb

Azərbaycanda diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri başa çatıb

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin (səfirlər və müşavirlər) Qarabağa səfəri başa çatıb.

Birinci24 informasiya agentliyi  bu barədə “Report”a istinadən xəbər verir.

Qeyd edək ki, səfərin məqsədi diplomatik korpus nümayəndələrini Xankəndi və Şuşa şəhərləri ilə tanışlıq olub.

Bu çərçivədə onlar Qarabağ Universiteti, Xankəndi şəhərinin mərkəzi, Şuşa şəhərində Qarabağ küçəsi, Aşağı Gövhər Ağa məscidi, Şuşada birinci yaşayış kompleksi və İsa bulağını ziyarət ediblər.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri (səfirlər və müşavirlər) Şuşa şəhərinə səfər ediblər.

Birinci24 informasiya agentliyi “Report”a istinadən xəbər verir ki, diplomatlar ilk olaraq Qarabağ küçəsi ilə tanış olublar. Daha sonra onlar Aşağı Gövhər Ağa məscidini ziyarət ediblər.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonaqları tikili barədə məlumatlandırıb.

Növbəti mərhələdə onlar Şuşada birinci yaşayış kompleksi ilə tanış olublar.

Sonda isə diplomatik korpus üzvləri İsa bulağına baş çəkiblər.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin (səfirlər və müşavirlər) Şuşa şəhərinə səfəri başlayıb.

Birinci24 informasiya agentliyi bu barədə “Report”a istinadən xəbər verir.

Onlar səfər çərçivəsində Şuşa şəhərində Qarabağ küçəsi, Aşağı Gövhər Ağa məscidi və Şuşada birinci yaşayış kompleksi ilə tanış olacaqlar.

Editor

Related Posts