Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

Misirdə baharın gəlişi münasibətilə “Şəm ən-nəsim” bayramı qeyd edilir – FOTO

Misirdə baharın gəlişi münasibətilə “Şəm ən-nəsim” bayramı qeyd edilir – FOTO

Misirlilər baharın gəlişi münasibətilə Şəm ən-Nəsim bayramını qeyd edirlər. Tarixçilərin qeyd etdiyinə görə, 4700 ildən çox yaşı olan bayram ayinləri rəsmi şəkildə e.ə. 2700-cü ildə III sülalənin sonlarından keçirilməyə başlamışdır.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Misirin qibti xristianlarının pasxasına təsadüf edən bu bayramın adını qədim Misir əkinçilik təqvimində yay fəslini, həmçinin biçin vaxtını bildirən “şəmmu” sözündən götürdüyü bildirilir. Qədim Misirdə ili əkinçilik mövsümü üzrə 3 fəslə bölürdülər. Yeni il “Daşqınlar fəsli” (Axt) ilə başlayırdı və iyulun 19-na təsadüf edirdi. Sonra noyabrda “Toxumların cücərməsi” (Bert) fəsli gəlirdi. Daha sonra mart ayında Yay və ya biçin fəsli gəlirdi və iyula qədər davam edirdi.

Bildirilir ki, Şəm ən-Nəsim, qədim misirlilərin etiqadına görə, kainatın yaradılması ilə bağlı idi. Onların fikrincə, kainat “böyük yumurtadan” yaranıb. Görünür, süfrədə boyanmış yumurta, buna görə də bu bayramın əsas rəmzlərindən sayılır. Bu bayramda misirlilər, həmçinin duzlu balıq, soğan, yaşıl lobya, qızardılmış qaz ətindən hazırlanmış yeməklər hazırlayırlar.

Editor

Related Posts