Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

“ABŞ-İran danışıqları çox yaxşı gedir” – Tramp

“ABŞ-İran danışıqları çox yaxşı gedir” – Tramp

“ABŞ-nin İranla danışıqları çox yaxşı gedir”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlama verərkən deyib.

“İranla bağlı çox yaxşı görüşlərimiz oldu. Nə olacağını görəcəyik. Növbəti addım üçün bizə bir az vaxt lazımdır, lakin İranla bağlı çox yaxşı görüşlərimiz oldu”, – Tramp bildirib.

Xatırladaq ki, aprelin 19-da Romada Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli üçün dolayı danışıqların ikinci raundu keçirilib. Amerika nümayəndə heyətinə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff, İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Əraqçi başçılıq edib. Əraqçi və Uiittkoffun növbəti görüşü aprelin 26-da texniki səviyyədə məsləhətləşmələrdən sonra keçiriləcək.

Editor

Related Posts