Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

Məcburi köçkünlərin qayıdışı ilə bağlı təbliğat işlərinə 8,7 milyon xərclənib

Məcburi köçkünlərin qayıdışı ilə bağlı təbliğat işlərinə 8,7 milyon xərclənib

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (açıq tender) nəticəsi açıqlanıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, tender müsabiqəsinin qalibi Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi İctimai Birliyi olub.

İctimai birlik Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi əsasında əhalinin geri qayıdışı, ərazilərdə dayanıqlı icmaların yaradılması və onların yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin və gəlir gətirən fəaliyyətlərin təşkili işlərini görəcək.

Qeyd edək ki, ictimai birlik görüləcək işlərin qarşılığında Fonddan 2 milyon 888 min 468 manat 45 qəpik alacaq.
Məlumat üçün bildirək ki, Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi İctimai Birliyi 2023 və 2024-cü illərdə də eyni məqsədlə keçirilən tender müsabiqələrində qalib olub. İctimai birlik 2024-cü ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 1 milyon 796 min 532 manat 30 qəpiklik, 2023-cü ildə isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) 769 min 85 manatlıq tender müsabiqəsinin qalibi olub.

Onu da bildirək ki, Fond və “Qaçqınkom” məcburi köçkünlərin geri qayıdışının təşkili ilə bağlı son illər 8 milyon 659 min 819 manat 67 qəpik dəyərində tender müsabiqələri keçirib. Bu məqsədlə “Qaçqınkom” 2023-cü ildə “Raf Poliqraf-2017” MMC-yə 173 min 200 manat, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu isə 2024-cü ildə “ADMEDİA.AZ” MMC-yə 1 milyon 229 min 943 manat 50 qəpik, 2025-ci ildə isə “Məişət İST” MMC-yə 1 milyon 802 min 590 manat 42 qəpik vəsait ödəyib.

Editor

Related Posts