Today Şənbə, 26th Aprel 2025
Birinci 24

Birinci 24

Pakistan-Hindistan Nəzarət Xəttində atışma – Gərginlik artır

Pakistan-Hindistan Nəzarət Xəttində atışma – Gərginlik artır

Hindistan və Pakistan əsgərləri arasında Cammu və Kəşmirdə Nəzarət Xətti boyunca atışma olub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə PTI agentliyi Hindistan ordusundakı mənbəyə istinadla məlumat yayıb.

“Pakistanın təşəbbüsü ilə Nəzarət Xətti boyunca bəzi yerlərdə atıcı silahlardan atəş açılıb. Artıq atəşə effektiv cavab verilib”, – mənbə bildirib.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Agentlik bildirir ki, Pakistan ordusunun atəş açması 26 mülki şəxsin ölümü ilə nəticələnən Pahalqam terror hücumu ilə bağlı tərəflər arasında gərginliyin artması fonunda baş verib.

Qeyd edək ki, aprelin 22-də silahlı şəxslər məşhur turizm şəhəri olan Pahalqamda vətəndaşlara atəş açıblar. Hadisə nəticəsindıə 25 Hindistan vətəndaşı və bir Nepal vətəndaşı həlak olub. Həmçinin, çoxlu sayda yaralı var. Hücum edənlər qaçmağa müvəffəq olub.

Hindistanın “The Times of India” qəzetinin Hindistan kəşfiyyatındakı mənbələrə istinadla verdiyi məlumata görə, hücumu Pakistanda yerləşən “Ləşkər-e-Taibə” radikal qruplaşmasının təxribat qanadı olan Müqavimət Cəbhəsinin yaraqlıları həyata keçirib.

Aprelin 23-də Hindistan transsərhəd terrorizmə dəstək verdiyi iddiası ilə Pakistanın Yeni Dehlidəki səfirliyinin müdafiə, dəniz və hava qüvvələri müşavirlərini “persona non qrata” elan edib.

Yeni Dehli, həmçinin Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyasının vizadan imtina sxemi çərçivəsində bəzi kateqoriyalı yüksək vəzifəli məmurlara verilən xüsusi səyahət sənədləri ilə Pakistan vətəndaşlarının ölkəyə girişini qadağan edib.

Digər tərəfdən, Pakistan hava məkanını Hindistan və Hindistana məxsus aviaşirkətlər üçün bağladığını elan edib. Bununla yanaşı, Pakistan Hindistanla sərhəddə yerləşən “Vagah” sərhəd-keçid məntəqəsini də bağlayıb.

Editor

Related Posts