Today Çərşənbə axşamı, 29th İyul 2025
Birinci 24

Birinci 24

“Google” on ildən sonra loqosunu yenilədi

“Google” on ildən sonra loqosunu yenilədi

“Google” loqosunu yeniləyib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “9 to 5 Google” məlumat yayıb.

Yeniləmə çərçivəsində loqodakı aydın rəng bölmələri bulanıq olanlarla əvəz edilib. Loqo indi daha çox “Google” tərəfindən hazırlanmış süni intellekt çatbotu olan “Gemini”nin loqosuna bənzəyir.

Şirkət loqonun dəyişdirilməsi ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, sonuncu dəfə “Google” loqosunu 2015-ci ildə dəyişib. Onda şirkət kiçik “g” hərfini böyük “G” hərfi ilə əvəz edib.

Editor

Related Posts