Today Çərşənbə, 14th May 2025
Birinci 24

Birinci 24

Əş-Şaraanı İsraillə münasibətləri normallaşdırmağa çağırdı

Əş-Şaraanı İsraillə münasibətləri normallaşdırmağa çağırdı

ABŞ Prezidenti Donald Tramp bu gün Ər-Riyadda Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa ilə görüşündə onu İsraillə münasibətlərin normallaşdırılmasına çağırıb. 

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə məlumatı Ağ Evin mətbuat katibi Kerolayn Livitt “X” hesabında paylaşıb. 

Bununla yanaşı, Tramp İŞİD terror qruplaşmasının dirçəlməsinə yol verməməyə dair çağırış edib: “ABŞ lideri prezident əş-Şaraanı Suriya xalqı üçün böyük iş görməyə, eləcə də İsraillə “Avraam müqavilələri”ni imzalamağa və ABŞ-yə İŞİD-in dirçəlməsinə yol verməməyə yardım etməyə çağırıb”.

Editor

Related Posts