Today Çərşənbə, 14th May 2025
Birinci 24

Birinci 24

“Qarabağdakı tikinti adı ilə maaşımızdan 200-300 manat tutulur”

“Qarabağdakı tikinti adı ilə maaşımızdan 200-300 manat tutulur”

“Bir müddətdir ki, Naxçıvanda hərbiçilərin aylıq maaşından 200-300 manat Qarabağa yardım adı ilə pul tutulur”.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a bir qrup zabit və gizir müraciət edib. Onlar iddia edirlər ki, buna etiraz edəndə hədələnirlər.

Zabitlərdən B.N. deyir ki, onlardan tutulan pulun həqiqətən də Qarabağa yardım məqsədi daşıdığına inanmırlar:

“Biz hərbçiyik, çoxumuz Qarabağda döyüşmüşük. Bir ay 200-300 manat tutulmasına etirazımız da yoxdur. Bu dövlət üçün canımızı qoymuşuq, yenə də qoyuruq. Lakin davamlı olaraq maaşlarımızdan tutulması yolverilməzdir. Biz deyilənlərə inanmırıq. Qarabağın tikintisi adı ilə bizdən saxlanan pulları mənimsəyirlər. Çünki, dövlətimizin Qarabağı tikmək üçün hərbçilərin maaşına ehtiyacı yoxdur, onun kifayət qədər resursları var”.

Digər zabit M.D. isə Qarabağın tikintisində rüşvətxor məmurların pullarından istifadə etməyi məsləhət görür:

“Biz də öz problemlərimiz var. Hər zaman Vətənin keşiyindəyik. Bu maaşı öz zəhmətimiz, alın tərimiz ilə qazanırıq. Gecə-gündüz dağda daşda oluruq, əziyyət çəkirik. Lakin, Azərbaycanda kifayət qədər zəhmətsiz gəlir götürən məmurlar, iş adamları var. Yaxşı olar ki, Qarabağı tikməkdə onların pulundan istifadə olunsun”.

Editor

Related Posts