Today Çərşənbə, 14th May 2025
Birinci 24

Birinci 24

Bu il Azərbaycanda ən az 14 hərbçi vəfat edib

Bu il Azərbaycanda ən az 14 hərbçi vəfat edib

2025-ci ilin əvvəlindən 13 may tarixinə qədər Azərbaycanda ən az 14 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu (XHTİ) kütləvi informasiya vasitələri üzərində keçirdiyi monitorinqin nəticələrinə əsasən məlumat yayıb. 

Onlardan 2 nəfər avtomobil qəzası, 2 nəfər qar uçqunu, 4 nəfər müxtəlif xəstəliklər, 4 nəfər intihar, 1 nəfər mina partlayışı səbəbilə, 1 nəfərsə naməlum səbəbdən vəfat edib.

XHTİ bildirir ki, həyatını itirənlərdən 11 nəfəri Müdafiə Nazirliyinin, 2-i Dövlət Sərhəd Xidmətinin, 1-i isə Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçuları olub. Onlardan 9 nəfəri əsgər, digərləri isə zabit, MAXE, kursant, kiçik gizir və  çavuş olublar. 

İnstitut əlavə edir ki, bu il ən az 4 hərbi qulluqçu yaralanıb və ya xəsarət alıb. 

XHTİ xatırladır ki, 2024-cü ildə 49 hərbçi qeyri-döyüş şəraitində ölüb.

Editor

Related Posts