Today Çərşənbə, 14th May 2025
Birinci 24

Birinci 24

Hacı Vəliyev həbsdə qaldı

Hacı Vəliyev həbsdə qaldı

“Gənc Qazilər” Birliyinin sədri Hacı Vəliyev barəsində olan həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə mayın 14-də onun vəkili Aqil Layıc məlumat yayıb.

Vəkil bildirib ki, Xətai rayon Məhkəməsində keçirilən prosesdə müraciət təmin edilməyib.

“Camaatın yaşadığı yerdə evini başına uçuran “Melisa Qrup”un rəhbərini ev dustaqlığına buraxıblar, amma Hacı Vəliyevi ev dustaqlığına buraxmadılar. Biri camaatın  evini başına uçurur, digəri isə ərazi bütövlüyü uğrunda sağıamlığını itirib, iki gözündən olub. Camaatın gözünü çıxaranlara azadlıq, camaat üçün gözünü fəda edənlərə isə həbs seçən məhkəmələrimiz var”, – vəkil Aqil Layıc yazıb.

Müdafiə tərəfi bu vəsatətin verilməsini H.Vəliyevin səhhətindəki problemlərlə izah etmişdi. 

Qərardan apellyasiya şikayəti veriləcək.

Mayın 12-də “Gənc Qazilər” Birliyi Vəliyevin ailə üzvlərinə istinadən xəbər vermişdi ki, onun gözündə irinləmə başlayıb. 

O deyib ki, saxlanıldığı yerdə gözünü dizinfeksiya etmək üçün yetərli tibbi şərait yoxdur və o, Zərifə Əliyeva adına Göz İnstitutuna köçürülmək istəyir. 

Editor

Related Posts