Today Çərşənbə, 14th May 2025
Birinci 24

Birinci 24

Alatavada evləri sökən tikinti şirkətinin rəhbəri həbsdən buraxılıb

Alatavada evləri sökən tikinti şirkətinin rəhbəri həbsdən buraxılıb

Bakının Yasamal rayonunun Alatava qəsəbəsində içində sakinlər olan evi sökməkdə günahlandırılan “Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədov həbsxanadan buraxılıb. 

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Report.az” saytı xəbər verib.

Sayt bildirir ki, Məmmədov ötən həftə Xətai rayon Məhkəməsində Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə ev dustaqlığına buraxılıb. 

Məmmədov martın 28-i Alatavada qanunsuz olduğu bildirilən söküntü işi ilə əlaqədər cinayət işi çərçivəsində saxlanılmış, bir gün sonra isə barəsində həbs qətimkan tədbiri seçilmişdi. 

Martın 27-də şirkətə məxsus evakuator içində sakinlər olan evlərin bir hissəsini icazəsiz sökmüşdü.

Söküntünün videoları sosial mediada ictimailəşəndən sonra hadisə ilə əlaqədar cinayət işi açılmış və söküntünü aparan iş icraçısı və ekskavator sürücüsü saxlanılmışdı.

Editor

Related Posts