Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Şampan, şərab da qoyardıq, qara kürü də verərdik?..” – Xalq yazıçısı Anar

“Şampan, şərab da qoyardıq, qara kürü də verərdik?..” – Xalq yazıçısı Anar

Azərbaycan Yazıçılar Birliyinin sədri (AYB), Xalq yazıçısı Anarla müsahibəni təqdim edirik.

– Anar müəllim, AYB-nin 26 oktyabrda keçirilmiş 13-cü qurultayında yenidən quruma sədr seçildiniz. Sizi təbrik edir, faəliyyətinizdə uğurlar arzulayırıq. Növbəti dövr üçün hansı planlar var?

– Noyabrın 5-də Azərbaycan Yazıçılar Birliyinin plenumu keçiriləcək. Plenumda qurultayda seçilmiş İdarə Heyətinin üzvləri, Ağsaqqallar Şurası və Gənclər Şurasının nümayəndələri iştirak edəcəklər. Katiblər arasında iş bölgüsü aparılacaq. AYB-nin mətbu orqanlarının redaktorları və redaksiya heyətləri təsdiq olunacaq.

Başqa iş planlarımız da var. Noyabrda Ağsaqqalar və Gənclər şuralarının üzvləri ilə gənclərə həsr edilmiş müşavirə keçirmək istəyirik. Məqsədimiz gəncləri dinləmək, onların problemlərini öyrənmək və onlara dəstək olmaqdır.

Dekabrda “Azərbaycan” jurnalının 100 illiyini qeyd edəcəyik. Gələn ilin yanvar, fevral və mart aylarında dilimiz haqqında və dilimizə qayğı, bundan başqa, tərcümələrin səviyyəsi və problemləri, ədəbiyyat dərslikləri ilə bağlı müşavirələr keçirəcəyik. Apreldə İdarə Heyətinin üzvləri ilə cari məsələlər və gələcək planları müzakirə edəcəyik. Ən yaxın zaman üçün planlarımız qeyd etdiklərimdən ibarətdir.

– Qurultayda AYB rəhbərliyində, yəni sədr müavini və katiblər arasında heç bir dəyişiklik olmadı. Ümumiyyətlə, növbəti dövrdə kadr dəyişikləri gözlənilirmi?

– Kadr dəyişkənliyini qurultayarası dövrdə apardıq. AYB-yə Elçin Hüseynbəyli, Səlim Babullaoğlu və İlqar Fəhmi yeni katib təyin olundular. Bu qurultay da həmin təyinatları təsdiq elədi. Qurultay tez keçiriləsəydi, katibləri orada təqdim edəcəkdik. Pandemiyaya görə qurultayın tarixini dəyişməli olduq.

Qurultaylarası dövrdə iki katibimiz – Arif Əmrahoğlu və Fikrət Qoca vəfat etdilər, Allah onlara rəhmət eləsin. Həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov da dünyasını dəyişdi. Ona görə Çingiz Abdullayev AYB-nin birinci katibi, Rəşad Məcid sədr müavini oldu. Üç nəfəri isə katib təyin etdik: Elçin Hüseynbəyli, Səlim Babullaoğlu və İlqar Fəhmi. AYB-də bu dəyişikliklər oldu.

İndi isə redaksiya heyətlərində əlavələr olacaq. Rəhmətə gedən, işdən uzaqlaşan işçilərimiz var. Noyabrın 5-dəki plenumda “Ədəbiyyat qəzeti”nin və dörd jurnalımızın redaksiya heyətləri yenidən təsdiq olunacaq.

Editor

Related Posts