Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

DTX tərəfindən saxlanılan şöbə rəisi barəsində qərar verildi

Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov barəsində həbs qətimkan tədbiri seçilib.
Bununla bağlı Səbail Rayon Məhkəməsində qərar çıxarılıb. Belə ki, bu gün DTX tərəfindən İ.Nəsibov barəsində cinayət işi başlanılıb və işin istintaqı dövründə onun həbsdə qalması ilə bağlı məhkəməyə təqimat verilib. Məhkəmə təqdimatı təmin edərək İlkin Nəsibov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Əldə etdiyimiz məlumata görə, şöbə müdiri Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (mənimsəmə və ya israf etmə) ilə ittiham olunur.

admin

Related Posts