
Ötən ilin 22 sentyabrında Goranboyda qudası, 1966-cı il təvəllüdlü Fərrux Qasımovu qətlə yetirən Vətən Müharibəsi şəhidi Vüsal Nağıyevin atası Əmirətlan Nağıyevə hökm oxunub.
Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilən 66 yaşlı Ə.Nağlyevə 14 il 6 ay müddətinə həbs cəzası verilib.