Today Bazar ertəsi, 9th İyun 2025
Birinci 24

Birinci 24

“Bunun əvəzini ödəməli olacaq” – Tramp Maskı hədələdi

“Bunun əvəzini ödəməli olacaq” – Tramp Maskı hədələdi

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İlon Mask Respublikaçıların büdcə təklifinə qarşı çıxan Demokrat namizədləri maliyyələşdirməyə qərar verərsə, ciddi nəticələrlə üzləşəcək.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “NBC News”a telefonla müsahibəsində bildirib.

“Əgər bunu etsə, bunun əvəzini ödəməli olacaq. Çox ciddi nəticələr olacaq”, – Tramp vurğulayıb.

Prezident həmçinin bildirib ki, bu həftə ictimaiyyət qarşısında yaşanan münaqişədən sonra Maskla münasibətini bərpa etmək niyyətində deyil.

Editor

Related Posts