Today Cümə axşamı, 12th İyun 2025
Birinci 24

Birinci 24

Putinin köməkçisinin mesajının səbəbi məlum oldu: Moskva Bakıdan Qarabağın ‘əvəzini’ istəyir…

Putinin köməkçisinin mesajının səbəbi məlum oldu: Moskva Bakıdan Qarabağın ‘əvəzini’ istəyir…

Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin Qarabağla bağlı bəyanatına Azərbaycan Xarici İşlər Nazirliyinin reaksiyası ilə əlaqədar Moskva Bakının Rusiyanın yeni regionları və Krımı tanımasına ümid edir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “RİA Novosti”yə məlumatlı mənbə bildirib.

“Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin Qarabağla bağlı bəyanatlarına reaksiyası ilə əlaqədar Moskva gözləyir ki, Bakı 22 fevral 2022-ci il tarixli Bəyannamədə ən yüksək səviyyədə təsbit olunmuş Rusiya-Azərbaycan arasında münasibətlərin müttəfiqlik xarakterini nəzərə alıb, Ukrayna ətrafındakı vəziyyətdə daha balanslı mövqe tutub, xüsusi hərbi əməliyyat kontekstində Rusiyanın yanaşmalarının ədalətli olduğunu və Krım, Sevastopol, “dxr”, “lxr”, Zaporojye, eləcə də Xerson vilayətlərinin ölkəmizin tərkibində olması ilə bağlı mövqeyi tanıyacaq. Necə ki, Rusiya Azərbaycanın Qarabağ üzərində suverenliyini şübhə altına almır”, – o bildirib.

Xatırladaq ki, Vladimir Medinski “Russia Today” kanalına müsahibəsində Qarabağı mübahisəli ərazi kimi təqdim edərək “Əgər biz cəbhə xəttində münaqişəni dayandırsaq və real sülhə razı olmasaq, sadəcə olaraq hansısa atəşkəs bağlasaq, o zaman vəziyyət bir vaxtlar Ermənistanla Azərbaycan arasındakı mübahisəli bölgə olan Qarabağı xatırladacaq. Əgər real sülh olmasa, o zaman bu bölgə (Rusiyanın yeni əraziləri-red.) “nəhəng Qarabağa” çevriləcək”, – deyib.

Bunun ardınca, Azərbaycan XİN Medinskinin bu açıqlamasına münasibət bildirib. Qeyd olunub ki, Putinin köməkçisinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən açıqlaması təəssüf və təəccüb doğurur… Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir… Cənab Medinskiyə tövsiyəmiz odur ki, səlahiyyətinə aid olmayan məsələlərə dair yanlış iddialar səsləndirməklə dövlətlərarası münasibətlərə xələl gətirməsin”.

Editor

Related Posts