Today Cümə axşamı, 12th İyun 2025
Birinci 24

Birinci 24

Naxçıvan TƏBİB kreditorlarına müraciət edib

Naxçıvan TƏBİB kreditorlarına müraciət edib

Ləğv prosesində olan Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi (TƏBİB) kreditorlarına müraciət edib.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Əziz Əli̇yev küçəsi, ev 120 ünvanına bildirə bilərlər.

Naxçıvan TƏBİB bu il mayın 1-də ləğv edilib. Bununla bağlı muxtar respublika Ali Məclisinin sədrinin I müavini Bəxtiyar Məmmədov səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi fərman imzalayıb. Fərmana əsasən, qurumun tabeliyindəki tibb müəssisələri əmlakları ilə birlikdə yerli Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Editor

Related Posts